"Azərbaycan dili-milli varlığımdır" mövzusunda maraqlı dərs

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Jalə Gülalıyevanın təşkilatçılığı ilə 6"A" sinfində maraqlı dərs keçirildi.
Şagirdlər mövzu ilə bağlı divar qəzetləri hazırladılar.
Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası ilə bağlı hazırlanmış suallara cavab verdilər.