Maarifləndirici söhbətlər aparılır

   Noyabrın 24-də məktəbin biologiya müəllimi Əsmər Babayevanın təşkilatçılığı ilə 6"Ğ" sinfində Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planını rəhbər tutaraq maarifləndirici söhbət aparıldı.

Qeyd edildi ki, Milli Strategiyanın yerinə yetirilməsi bərk məişət tullantılarının əmələ gəldiyi yerlərdə (ev təsərrüfatları, sosial və ticarət obyektləri, idarə və təşkilatlar, istirahət və turizm obyektləri və s.) qida tullantılarının, kağız, plastik, metal, şüşə ilə yanaşı, söküntü və tikinti tullantılarının, habelə elektrik lampaları, köhnə və yararsız elektrik/elektronika cihazlarının, batareyaların, atılmış dərmanların və kimyəvi məhsulların kənarlaşdırılması və utilizasiyası mövcud problemlərin aradan qaldırılmasına, ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı toplanılma, daşınma və zərərsizləşdirilmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsinə marağı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılmasına, dövlət büdcəsindən bu sahəyə ayrılan subsidiyaların tədricən azaldılmasına, göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması istiqamətində işlərin daha da sürətləndirilməsinə, habelə beynəlxalq təcrübədən istifadə etməklə, müasir texnologiyalar əsasında yeni müəssisələr yaradılmasına, təkrar emal bazarının möhkəmləndirilməsinə və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi