Zəfər Günü və Bayraq gününə həsr edilmiş sinif təşkilat saatı

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Əsədovanın 7" A" sinfində Zəfər Günü və Bayraq gününə həsr edilmiş sinif təşkilat saatı keçirildi.
44 günlük Vətən müharibəsində şəhidlərimizin keçdiyi döyüş yolu, ərazi bütövlüyünün bərpa olunması, tariximizə qızıl hərflərlə yazılan Zəfər Günü, 9 Noyabr-Dövlət Bayrağı günü barədə geniş məlumat verildi.