Tarix yazan qəhrəmanlar

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Məmmədovanın 5"G" sinfində sinif təşkilat saatı təşkil edildi.
Təşkilat saatında şəhidin xatirəsi dərin ehtiramla yad edildi.
Qeyd edildi ki, şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaq.
Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanları yad etmək, onların xatirəsini hər zaman anmaq isə bizim hər birimizin borcudur.