"Zəfər yolu" adlı tədbir

  Noyabrın 4-də Zəfər gününə həsr edilmiş "Zəfər yolu" adlı tədbir təşkil edildi.

  Tədbirdə məktəb rəhbərliyi, məktəbin adını daşıyan şəhid Tahir Hacıyevin anası və bacısı, Şəhid Əkbər Hüseynovun atası, şəhid Ağayev Ziyanın anası ,vətən müharibəsinin iştirakçısı Nicat Həmzəyev, müəllim və şagird heyəti iştirak edirdi.

  Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.

  Daha sonra tədbir iştirakçıları Vətənin azadlığı uğrunda döyüşlərdə şəhid olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

  Vətənpərvərlik ruhunda şeirlər səsləndirildi, mahnılar ifa edildi.

  Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu aşılamaq, xalqımızın tarixi qələbəsini təbliğ etmək, şəhidlərimizin əziz xatirəsini yaşatmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi