Şəhidlər Xiyabanı və Hərbi Qənimətlər Parkına ziyarət

   Vəfa Qəfərovanın təşkilatçılığı ilə 9"Ə" sinif şagirdləri tərəfindən Şəhidlər Xiyabanı ziyarət edildi, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı öz şirin canlarından keçən vətənin qəhrəman oğulları ehtiramla yad edildi.

  Daha sonra şagirdlər Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyan "Hərbi Qənimətlər Parkı”nda oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi