"Dastana dönən şəhidlər" mövzusunda mühazirə təşkil edilib

Məktəbin tarix müəllimi Nuray Mustafayevanın təşkilatçılığı ilə 5"Ə" sinfində Zəfər gününü bizə bəxş edən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş mühazirə təşkil edildi.
Mühazirə zamanı bildirildi ki, 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır...