Şəhidlər unudulmur

Qasımova İradənın 10"E" sinfində şəhid Nofəl Quliyevin şəhidlik zirvəsinə ucalmasının anım günü münasibətilə sinif təşkilat saatı keçirildi.
Şəhidin xatirəsi dərin ehtiramla yad edildi.
Qeyd edildi ki, şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaq.
Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanları yad etmək, onların xatirəsini hər zaman anmaq isə bizim hər birimizin borcudur.