Yaddaşlarda yaşayan qəhrəman-Vüqar Əsgərovun əziz xatirəsinə

Məktəbin ibtidai sinif müəllimi Səfərova Sevdanın 4"G" sinfində şəhidlik zirvəsinə ucalan Vüqar Əsgərovun ildönümünə həsr edilmiş dərs təşkil edildi.
Dərs zamanı Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda öz canını qurban vermiş şəhidimizin həyat yolundan söhbət açıldı, şeirlər səsləndirildi.