“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsi

Oktyabrın 25-də Azərbaycan Respublikası təhsil nazirinin 26.07.2021-ci il tarixli F-372 nömrəli əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək, təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların bədii-estetik səviyyəsini yüksəltmək və yaradıcılıq potensialını inkişaf etdirmək, yaradıcı məktəblilərə dəstək olmaq məqsədilə “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəbdaxili mərhələsi keçirildi.
Məktəb mərhələsinin nəticəsinə əsasən, nominasiyalar üzrə ən yaxşı şeir, mahnı ifaçıları və yaradıcı iş müəllifləri şəhər mərhələsində iştirak edəcək.