Dastana dönən qəhrəman

  Keçdi xəyalımdan öz gözəl yurdum

  Dumanlar başında dastana döndü

  Dastana döndü...

 Məktəbin ibtidai sinif müəllimi Günay İbrahimovanın Şəhid Xudayar Yusifzadənin adını daşıyan 4"D" sinfində şəhidin anım gününə həsr edilmiş "Dastana dönən qəhrəman" adlı tədbir təşkil edildi.

  Tədbirdə qəhrəmanlıq, fədakarlıq, mərdlik və igidlik nümunəsi göstərən şəhidimizin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni, Prezidentin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsindən söhbət açıldı.

  Sonda şəhidimizin əziz xatirəsinə həsr edilmiş şeirlər səsləndirildi ,mahnılar ifa edildi.

   Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi