"Dəyirmi masa" keçirilib

18 Oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr edilmiş dəyirmi masa keçirildi.
Dəyirmi masada məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Zülfiyyə Şükürova, Azərbaycan dili və ədəbiyyat müəllimləri Sevil Əsədova, Zenfira Vəliyeva, məktəbin kitabxana müdiri Rəna Əliyeva iştirak edirdi.
Dəyirmi masada qeyd edildi ki, milli dövlətçilik rəmzlərinin: dövlət himninin, dövlət bayrağının, dövlət gerbinin, dövlət dilinin daim uca tutulması hər bir vətəndaşın vətəndaşlıq borcudur. Biz bir azərbaycanli kimi dövlət rəmzlərini tanımalı və layiqli vətəndaş olmağı bacarmalıyıq. Yüksək milli-mənəvi dəyərlərə və dövlət rəmzlərinə malik olmaq dövlət müstəqilliyinin real nəticəsi və təntənəsidir.
Azərbaycan Respublikası müstəqil dövlət kimi özünəməxsus inkişaf modeli, siyasi-iqtisadi və mədəni yüksəliş konsepsiyası əsasında irəliyə doğru tarixi yolunu davam etdirməkdədir.