Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edilib

Məktəbin müəllimi Qəfərova Vəfa Cəmil qızının rəhbərliyi ilə bir qrup şagird və müəllim heyəti Bakı Ekspo Mərkəzində təşkil edilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etdilər. Beynəlxalq Kitab Sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuşdur.
Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliyə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etməkdir.