"Zəfər yolu" adlı inşa müsabiqəsinin məktəbdaxili mərhələsi keçirilib

Uzun illər işğal altında olmuş Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində 2020-ci ilin sentyabrında ölkəmizə qarşı növbəti təxribata ve hərbi təcavüzə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın azad olunması, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ve ədalətin bərpası üçün səfərbər və həmrəy olaraq Vətən müharibəsində öz tarixi qələbəsini qazandı.
Ökənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun ve dövlətimizin əldə etdiyi nailiyyətlerin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlerin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə "Azərbaycan
Respublikasının Təhsil Nazirliyi haqqında əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq VIII-XI sinif şagirdləri arasında "Zəfər yolu" adlı inşa müsabiqəsinin məktəbdaxili mərhələsi keçirildi.