Məktəbin şəhid məzunu ehtiramla yad edilib

   Bir qrup müəllim və şagird heyəti məktəbimizin şəhid məzunu Əkbər Hüseynovun məzarını ziyarət etdilər.

Məktəbin direktor müavini Arzu müəllim çıxışında qeyd etdi ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı. Qəhrəman hərbçilərimiz təqvimdə qara rəqəmlərlə əks olunan işğal tarixlərinin üstündən öz qanları ilə xətt çəkərək, qırmızı rəqəmlərlə Zəfər günlərini yazdılar. 44 günlük ana vətən muharibəsi nəinki Qafqaza həmdə dünyaya sübut etdi ki, Azərbaycan öz torpaqlarını azad etmək gücündədir.

    Şəhidin əziz xatirəsinə şeirlər səslənildi, onun həyat yolundan söhbət açıldı.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi