Pedaqoji Şuranın iclası keçirilib

    8 sentyabr 2021-ci il tarixində məktəbdə Pedaqoji Şuranın iclası keçirildi. İclasda məktəbin direktoru Eldəniz Əkbərov pedaqoji kollektivi salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə onlara fəaliyyətlərində uğurlar, nailiyyətlər arzuladı. Bir sıra mühüm məsələlərə aydınlıq gətirildi.

    Eyni zamanda 2020/2021-ci tədris ilinin yekunları və yeni tədris ilində kollektivin qarşısında duran məsələlər, məktəb rəhbərlərinin, uşaq birliyi təşkilatının və məktəb kitabxanasının illik fəaliyyət planları, siniflərin komplekləşdirilməsi, müəllimlərin dərs yükünün bölgüsü, sinif otaqlarının inventarla təminatı, məktəbəqədər hazırlıq qruplarının təşkil edilməsi, şagirdlərin dərsliklərlə təminatı, cari məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi