Anım Gününə həsr olunmuş dərs təşkil edilib

    Məktəbin Tədbirlər planına uyğun olaraq ibtidai sinif müəllimi Emilya İbrahimovanın təşkilatçılığı ilə "27 sentyabr - Zəfərə yol səndən başladı!" başlığı altında dərs təşkil edildi.

    Qeyd edildi ki, 27 sentyabr Azərbaycanın siyasi və ictimai tarixində mühüm bir gündür. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Onun sözlərinə görə, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir.

    Sonda şagirdlər şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi