Məktəb, şagirdlərinə qucaq açdı

    2020-2021-ci tədris ili, ilk dərs günü. Müəllimləri, sinif otaqları, yoldaşları üçün darıxan şagirdlər bu günü səbirsizliklə gözləyirdilər.

    Məktəbin direktoru Eldəniz Əkbərov zəfər ilinin bəxş etdiyi qürur hissi ilə qədəm qoyduğumuz yeni tədris ilinin başlaması münasibətilə müəllimlərə və məktəblilərə uğur arzuladı. Daha sonra şagirdlər siniflərinə yollandılar.

    Bütün təhsil müəssisələrində olduğu kimi 252 №-li məktəb-liseydə də ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub.

    Məktəbə ilk qədəm qoyan birincilər məktəbimizin məzunu olmuş, şəhid Əkbər Hüseynovun xatirəsinə həsr olunmuş guşəni ziyarət edib önünə qərənfillər düzdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi