Demokratik Respublikasının yaranmasının 103 ili tamam olur

Vətəni vətən edən qana bulanmış torpaqdır! Bu fikrin düzgünlüyünü Azərbaycan Respublikasının şərəfli azadlıq tarixi bizə sübut etmişdir. Bu gün də belə tarixlərdən birini yaşayırıq. Azərbaycan Demokratik Respublikasının yaranmasının 103 ili tamam olur. Bu uğurda canından keçmiş şəhidlərimizi heç vaxt unutmarıq, unutdurmarıq!
Respublika Günü münasibətilə Qarabağ qaziləri ilə görüş keçirildi. Tədbirdə məktəbimizin şagirdləri şəhidlərimizin qəbirlərini ziyarət etdi,şeirlər söylədi, şəhidlər haqqında öz fikirlərini söylədilər. Qarabağ qaziləri öz çıxışları ilə şagirdlərə vətənpərvərlik duyğuları aşıladılar.Sonda şəhidlərin ruhu əsgər salamı ilə yad edildi.Allah bütün şəhidlərimizə rəhmət etsin