252 nömrəli orta məktəbdə “Vətən qəhrəmanlarını unutmur” adlı tədbir keçirilmişdir

24.may 2016-cı il tarixində 252 N-li tam orta məktəbdə “Vətən qəhrəmanlarını unutmur” adlı vətənpərvərlik mövzusunda təbir keçirilmişdir. Tədbir BŞTİ-nin fəaliyyət planına əsasən ümumtəhsil məktəblərinə tövsiyə olunmuş layihə çərçivəsində keçirilmişdir. Tədbirdə dəvət olunmuş qonaqların təqdimatı məktəbin direktoru Xədicə Eminova tərəfindən aparılmışdır. Qonaqların məktəb kollektivinə, şagirdlərə müraciətlə söylədikləri xatirələr, çıxışlar şagirdlər tərəfindən maraqla qarşılanmışdır.Şagirdlərin çıxışından ibarət təqdim edilən ədəbi- bədii kompozisiya alqışlarla dinlənilmişdir. Milli qəhrəman Zabit Quliyev şagirdlərə öz döyüş yolları haqqında söhbət açmışlar. Tədbirin sonunda 7 ci sinif şagirdi Səkinə Xaliq qızı Milli Qəhrəmanımız Zabit Quliyevə həsr olunmuş müəllifi olduğu “Vətən oğlu” şerini söylədi.