Narkomaniyaya qarşı mübarizə və sağlam Həyat tərzinin təbliğ edilməsi

Bu gün 20 may 2016 ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin rəis müavini mayor Sədi İsmayılov, Sabunçu rayon Polisİdarəsinin azyaşlıların rəisi mayor Əli Babayev, 13 cü Polis bölməsinin azyaşlılar üzrə baş inspektoru polis capitanı Ramil Hüseynov və Narkoloq həkim Turan Əhmədov iştirakı ilə Narkomaniyaya qarşı mübarizədə şagirdlərin maarifləndirilməsi ilə bağlı tədbir keçirildi. Tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərdən uzaqlaşdırılması və narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılmasıdır. Bildirmişdir ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. Xüsusi ilə gənclər üçün böyük təhlükə mənbəyi olan «ağ ölümə» qarşı həyata keçirilən genişmiqyaslı tədbirlərdə əsas məqsəd gənclərin bu bəladan uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin təbliği, narkomaniyanın fəsadlarının nə qədər təhlükəli olduğunu izah etməkdir. Tədbirdə çıxış edən mayor Əli Babayev və Narkoloq həkim Turan Əhmədov yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə məlumat verərək gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən danışdılar.Tədbirdə şagirdlərə narkomaniyanın fəsadları ilə bağlı video çarx nümayiş etdirilmiş, sonra gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi