Sabunçu rayonunda “Coca-Cola Məktəbli Kuboku” adlı mini-futbol yarışının final mərhələsi keçirildi

Futbol Federasiyaları Assosiasiyası və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Akif Qambayzadə adına148 №-li tam orta məktəbin bazasında Sabunçu rayon məktəbliləri arasında “Coca-Cola Məktəbli Kuboku” turnirinın final oyunu keçirildi.Final oyununda Maştağa qəsəbəsi Firuz Bayramov adına 22 № li tam orta məktəbin komandası Tahir Hacıyev adına 252 № li məktəb-liseyin komandasına 3:2 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazandı. Qalib komanda Bakı şəhər mərhələsinə vəsiqə qazanaraq rayonumuzu təmsil etmək hüququ əldə etdi.Ölkəmizdə uşaq futbolunun inkişafı, futbolun kütləviliyinin təmin olunması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Coca-Cola” şirkəti tərəfindən orta məktəblərin 7 və 9-cu sinif şagirdləri arasında “Coca-Cola Məktəbli kuboku” layihəsinin 2015-2016-ci il mövsümü keçirilir. Bu layihə respublikamızın bütün orta təhsil müəssisələrini və rayonlarını əhatə edir.