7 g sinifində keçirilən açıq dərs

Riyaziyyat müəllimi Qasımova Ləmanın 7 g sinifində keçirilən açıq dərsin mövzusu “Üçbucaqların konqruyentlik əlamətləri” idi. Müəllim dərsin gedişatı prosesində interaktiv təlim metodlarından geniş şəkildə istifadə etmişdir.. Əldə edilmiş yeni bilikləri daha da möhkəmləndirmək məqsədilə müəllim qrup işlərində verilmiş tapşırıqlarda şagirdlərə düstur əsasında misalı həll etməyi və ona uyğun model tərtib etməyi tapşırdı. Şagirdlər onlara verilən tapşırıqların öhdəsindən xüsusi cəldlik və məharətlə gəldilər.