Nailiyyətlərimiz

Cüdo üzrə III yerQədirzadə Nadir 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə açıq birincilikdə 42 kq şəki dərəcəsində III yer tutduğuna üçün təltif olunmuşdur.

"İlin peşəkar gənci"27 dekabr 2018 – ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2018-ci ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülən gənclərin təltif edilməsi mərasimi keçirilib.Yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olan 50 (əlli) istedadlı gənc AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi ilə təltif olunub.Təhsil işçisi olan 5 (beş) nəfər istedadlı gənc arasında məktəbimizin informatika müəllimi Feyzullayeva Natavan Hicrət qızı “İlin peşəkar gənci” fəxri adına layiq görülərək AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi ilə təltif olunub.Gənc həmkarımızı kollektivimiz adından bu uğuru münasibəti ilə təbrik edir, ona nailiyyətlərinin davamlı olmasını arzulayırıq.

Qış elmi sərgisiBakı Mühəndislik Universitetində 26 dekabr 2018 ci il Qış Elmi sərgisində iştirak edən 11-ci sinif şagirdlərimiz Məmmədova Aysu və Allahverdiyeva Lalə elmi sərgidə iştirak etdiklərinə görə sertifikatla təltif olunmuşlar.Şagirdlərimizlə şəxsən görüşən Bakı Mühəndislik Universitetinin Pedaqogika fakültəsinin Riyaziyyat-informatika kafedrasında riyaziyyat müəllimi vəzifəsində işləyən və “Riyaziyyat evinin” qurucusu Bəhman Məmmədov  şagirdlərimizə və direktor Aygün Əzizovaya  müəllifi olduğu “İdeal müəllim”kitabını hədiyyə etmiş və şagirdlərimizə uğurlar arzulamışdır.

HAQQIMIZDA

   251 nömrəli tam orta məktəb 1 sentyabr 1974-c&uum...

BİZİM FƏXRLƏRİMİZ

Rza Osmanov Fikrət

Xanım Ağalarova Bəxtiyar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi