"Kiçik Akademiya"nın hesabat tədbiri

29.05.2023 - cü il tarixdə məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın yekun hesabat konfransı keçirildi. Konfransda Kiçik Akademiya üzvləri elmi araşdırmalarının təqdimatını etdilər. Ümumilikdə on elmi işin təqdimatı oldu. Ümumiyyətlə Kiçik Akademiyanın məqsədi, istedadlı şagirdlərin aşkara çıxarılması, onlarda araşdırma, tədqiqat aparmaq, informasiya toplamaq, ümumiləşdirmək, və təqdimetmə bacarıqlarl formalaşdlrmaqdır. Qarşıda məqsədimiz Kiçik Akademiya üzvlərinin olimpiadalara, Sabahın alimlərinə yönləndirməkdir. Bundan başqa Kiçik Akademiya üzvlərinin elmə marağını artırmaq üçün onların Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığı vacibdir. Məktəbimizdə "Kiçik Akademiya" şagirdlərin indiki təlabata uyğun keyfəyətlərin, xüsusiyətlərin, vərdişlərin formalaşdırılması və aşılanmasının, kadr siyasətinin təməlini təşkil edir. Bu məqsədlə “Kiçik Akademiya”ların fəaliyyətinin inkişaf etdirilməsi uşaqlarda nəticə çıxarmaq, qərar vermək, hər hansı bir işi müstəqil araşdırmaq, təcrübələr aparmaq imkanlarını artırır. Uşaqlara mövzu seçimində sərbəstlik verilməlidir. Eyni zamanda onlara araşdırdıqları hər hansı mövzu barədə həvəsləndirici işlər görülməlidir. Bizim akademiyada şagirdləri maraqlandıran istənilən mövzu realaşdırılır. tədiqiqatlar aparılır. Konfransda Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldəniz Zeynalov və məktəb direktorları iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi