"Kiçik Akademiya"nın təqdimatı

26 aprel 2023-cü ildə Bakı şəhəri Nizami rayonu 250 № li tam orta məktəbdə məktəbin direktoru Səkinə Hüseynova, müavinlər Lamiyə Əliyeva və Ləman Məmmədova elmi rəhbərlərin iştirakı ilə Kiçik Akademiyanın təqdimatı olmuşdur. Tədbirdə açılışı Kiçik Akademiyanın prezidenti Könül Əliyeva açmışdır. O, şagirdlərə Kiçik Akademiyanın əsas məqsədinin şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılmasını xatırlatmış,  Kiçik Akademiyanın əhəmiyyətindən, qarşıya qoyulan vəzifələrdən və hədəflərdən danışmışdır. Daha sonra şagirdlərə Kiçik Akademiyanın loqosu təqdim olunmuş, simvolların mənası diqqətə çatdırılmışdır. Akademiyanın yaradılmasında məqsədin tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olduğunu,  şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmağın, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etməyin, referatlar hazırlamağın birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq əsas hədəfimiz olduğunu vurğulayan  məktəb direktoru Səkinə Hüseynova sonda bir daha şagirdləri Kiçik Akademiyaya seçildikləri üçün təbrik etmiş, onlara məsuliyyətli, yaradıcı olmağın əhəmiyyəti barədə tövsiyyələrini vermişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi