Kiçik Akademiya

"Kiçik Akademiya"nın hesabat tədbiri29.05.2023 - cü il tarixdə məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın yekun hesabat konfransı keçirildi. Konfransda Kiçik Akademiya üzvləri elmi araşdırmalarının təqdimatını etdilər. Ümumilikdə on elmi işin təqdimatı oldu. Ümumiyyətlə Kiçik Akademiyanın məqsədi, istedadlı şagirdlərin aşkara çıxarılması, onlarda araşdırma, tədqiqat aparmaq, informasiya toplamaq, ümumiləşdirmək, və təqdimetmə bacarıqlarl formalaşdlrmaqdır. Qarşıda məqsədimiz Kiçik Akademiya üzvlərinin olimpiadalara, Sabahın alimlərinə yönləndirməkdir. Bundan başqa Kiçik Akademiya üzvlərinin elmə marağını artırmaq üçün onların Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığı vacibdir. Məktəbimizdə "Kiçik Akademiya" şagirdlərin indiki təlabata uyğun keyfəyətlərin, xüsusiyətlərin, vərdişlərin formalaşdırılması və aşılanmasının, kadr siyasətinin təməlini təşkil edir. Bu məqsədlə “Kiçik Akademiya”ların fəaliyyətinin inkişaf etdirilməsi uşaqlarda nəticə çıxarmaq, qərar vermək, hər hansı bir işi müstəqil araşdırmaq, təcrübələr aparmaq imkanlarını artırır. Uşaqlara mövzu seçimində sərbəstlik verilməlidir. Eyni zamanda onlara araşdırdıqları hər hansı mövzu barədə həvəsləndirici işlər görülməlidir. Bizim akademiyada şagirdləri maraqlandıran istənilən mövzu realaşdırılır. tədiqiqatlar aparılır. Konfransda Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldəniz Zeynalov və məktəb direktorları iştirak etmişdir.

Ətraflı

"Kiçik Akademiya"nın təqdimatı26 aprel 2023-cü ildə Bakı şəhəri Nizami rayonu 250 № li tam orta məktəbdə məktəbin direktoru Səkinə Hüseynova, müavinlər Lamiyə Əliyeva və Ləman Məmmədova elmi rəhbərlərin iştirakı ilə Kiçik Akademiyanın təqdimatı olmuşdur. Tədbirdə açılışı Kiçik Akademiyanın prezidenti Könül Əliyeva açmışdır. O, şagirdlərə Kiçik Akademiyanın əsas məqsədinin şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılmasını xatırlatmış,  Kiçik Akademiyanın əhəmiyyətindən, qarşıya qoyulan vəzifələrdən və hədəflərdən danışmışdır. Daha sonra şagirdlərə Kiçik Akademiyanın loqosu təqdim olunmuş, simvolların mənası diqqətə çatdırılmışdır. Akademiyanın yaradılmasında məqsədin tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olduğunu,  şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmağın, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etməyin, referatlar hazırlamağın birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq əsas hədəfimiz olduğunu vurğulayan  məktəb direktoru Səkinə Hüseynova sonda bir daha şagirdləri Kiçik Akademiyaya seçildikləri üçün təbrik etmiş, onlara məsuliyyətli, yaradıcı olmağın əhəmiyyəti barədə tövsiyyələrini vermişdir.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonu 250 nömrəli tam orta məktəb 1972-ci ildən fəaliyyət göstərir. Məktəb 2012-ci ildə əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilmişdir. Məktəbdə 2014-cü ildə bir şagirdimiz qızıl medalla təltif olunmuş...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Sultanova Çingiz

Səbinə Ağaşova Rauf

HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonu 250 nömrəli tam orta məktəb 1972-ci ildən fəaliyyət göstərir. Məktəb 2012-ci ildə əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilmişdir. Məktəbdə 2014-cü ildə bir şagirdimiz qızıl medalla təltif olunmuş...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Sultanova Çingiz

Səbinə Ağaşova Rauf

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi