https://bakimektebleri.edu.az/246/az/teachers/1/
Elmira Səmədova Yunis
Müəllim
- Elmira Səmədova Yunis
- Vəzifə: Müəllim
- Fənn: İnformatika
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Texniki Universiteti
- Təvəllüd: 10.06.1961
- İlk fəaliyyət ili: 26.05.2005
- E-mail: [email protected]
Səmədova Elmira Yunis qızı 1961-cı ildə Gədəbəy rayonunda ziyalı ailəsində anadan olub. 1969-1979-cu illərdə Gədəbəy rayonu Hacıalılar kənd tam orta məktəbində təhsil almışdır.
1979-cu ildə Azərbaycan Texniki Universitetinə daxil olmuş, 1984-cü ildə həmin Universiteti müvəffəqiyyətlə bitirmişdir.
1984-2003-cü illərdə Abşeron rayonu Digah qəsəbə tam orta məktəbində fizika və rəsmxət fənn müəllimi işləmişdir.
2003-cü ildə TİPİİ-nin riyaziyyat-informatika üzrə ixtisasdəyişmə fakültəsini bitirmiş və 2005-ci ildən Bakı şəhəri 246 №li məktəb-liseydə informatika müəllimi kimi əmək fəaliyyətini davam etdirir.
Məktəb-liseydə işlədiyi müddətdə müxtəlif təlim kurslarını bitirib:
1. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda kompüter kursunu;
2. “Mədət Azərbaycan” MMC-in İKT-nin təhsildə tətbiqi üzrə intel “Gələcək üçün Təhsil” təlim kursunu;
3. XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi MMC-nin “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” kursunu;
4. “Prome-thean” interaktiv lövhəsindən istifadə”;
5. TİPİİ-də “Təhsildə İnnovativ Texnologiyalar” fənn müəllimlərinin ixtisasartırma təlimi (informatika proqramı üzrə) kursunu.
2007-ci ildən 246 nömrəli məktəb-liseyin informatika fənn me-todbirləşməsinin sədridir.
2019-cu ildə informatika fənn müəllimləri üçün “Təhsilalanın informatikadan fəaliyyətinin izlənilməsi və bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubriklər” adlı vəsaiti çap olunub.