Nailiyyətlərimiz

İdmançı şagirdimiz (taekvondo üzrə) Süleymanova Aytən8 c sinif şagirdi Süleymanova Aytən Elxan qızı 2012-ci ildə taekvondo idman növü üzrə yeniyetmələr arasında Respublika birinciliyində III yerin qalibi, 2013-cü ildə “8mart - Beynalxalq Qadınlar Günü” münasibətilə Abşeron rayon açıq birinciliyində III yerin qalibi, 07 aprel 2014-cü ildə “8 mart Beynalxalq Qadınlar Günü” münasibətilə Abşeron rayon II açıq birinciliyində I yerin qalibi oldu. 16 may 2014-cü ildə Gənclər arasında Ümum-respublika turnirində I yerə layiq görüldü.

İdmançı şagirdimiz (karate üzrə) Ağayev Elşən9 a sinif şagirdi Ağayev Elşən Rövşən oğlu 12 fevral 2009-cu ildə Karate idman növü üzrə Azərbaycan Karate - do Federasiyasının keçirdyi yarışda IV KYU YAŞIL KƏMƏRƏ layiq görülüb. 18 oktyabr 2009-cu ildə Bakı Şəhər birinciliyində, 29 dekabr 2009-cu ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş açıq çempionatında I yerin qalibi olmuşdur. 12 sentyabr 2009-cu ildə Azərbaycan Karate - do Federasiyasının kecirdyi yarışda I DAN –QARA KƏMƏRƏ layiq görülmüşdür. 18 dekabr 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş klublar arası turnirdə II yerə, 30 dekabr 2011-ci ildə Klublarası Bakı birinciliyində I yerə, 29 aprel 2012-ci ildə Bakı şəhər açıq kubokunda I yerə layiq görülmüşdür.

İdmançı şagirdimiz (sərbəst güləş üzrə) İsmayılov Adəm7 b sinif şagirdi İsmayılov Adəm Səftər oğlu - sərbəst güləş idman növü üzrə 16 fevral 2014-cü ildə Xocalı soyqırımına həsr olunmuş yarışda II yerin,13 aprel 2014-cü ildə Azərbaycan Güləş Federasiyasının keçirdiyi yoldaşlıq görüşündə I yerin, 25 noyabr 2014-cü ildə Azərbaycan Güləş Federasiyasının keçirdiyi yeniyetmələrin yoldaşlıq görüşündə II yerin, 28 dekabr 2014-cü ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş yarışda I yerin, 18 yanvar 2015-ci ildə “OlimpSport” jurnalının keçirdiyi “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika turnirində II yerin qalibi olmuşdur.

HAQQIMIZDA

Bakı şəhəri 246 nömrəli məktəb-lisey 1969-cu ildən fəaliyyət göstərir. 2012-ci ildə əsaslı təmir olunmuş, 2013-cü il...

BİZİM FƏXRLƏRİMİZ

Araz Bədəlov Səlimxan

Əkrəm Zaid Əkbər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi