Bullinqə yox deyək!
Ümumi təhsil müəssəlirində təhsilalanların sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitlə təmin olunması məqsədilə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı F.Əliyeva,psixoloq S.İsmayılova ,UBTR K.Muradova tərəfindən "Bullinqə yox deyək!" adlı maarifləndirici seminar keçirildi.
Seminarda bullinqin növləri, yaratdığı psixoloji fəsadlar,qurban və təcavüzkar haqqında şagirdlərə məlumat verildi. Xüsusilə yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi fiziki və psixoloji travmalara və faciələrə səbəb olduğu qeyd edildi, yarana biləcək fəsadlar haqqında danışıldı, maarifləndirici videoçarx nümayiş olundu,şagirdlərin fikirləri dinlənildi.
Mövzu ilə bağlı tədris ili ərzində silsilə seminarlar keçiriləcək.