"Kitabla dost ol" müsabiqəsi

     Məktəbdə "Kitaqurdları" oxucu klubunun, məktəb kitabxanasının təşkilatçılığı və Xətai VMA dəstəyi ilə "Kitabla dost ol" müsabiqəsi keçirildi.
Müsabiqə 2 mərhələdə təşkil olundu. I mərhələdə iştirakçılar onlar üçün hazırlanmış sualları cavablandırdılar. Yoxlama prosesindən sonra 12 nəfər şagird II mərhələdə iştirak etmək hüququ qazandı.  II mərhələdə isə münsiflər heyəti tərəfindən iştirakçıların şifahi cavabları dinlənildi. Müsabiqənin sonunda münsiflərin rəyinə əsasən 6 qalib müəyyən olundu.
     Müsabiqədə qalib gələn, fərqlənən iştirakçılar hədiyyə və diplomlarla təltif olundular.
Təltifetmədə məktəbin direktoru Arzu Azadəliyeva, VMA kollektivi, kitabxana müdiri Sona Əlizadə, KEA üzvləri Həşimzadə Həmid  iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi