"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Birlikdə yaşıl və sağlam gələcəyə doğru" ağacəkmə aksiyası keçirilib

     Aprelin 6-da məktəbimizdə sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rübabə Əhmədova, uşaq birliyi rəhbəri Məsmə Nəcəfova, direktor müavinləri, məktəbin direktoru Arzu Azadəliyevanın iştirakı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Birlikdə yaşıl və sağlam gələcəyə doğru" ağacəkmə aksiyası keçirilib.

      Ağacəkmə aksiyasında məktəbin həyətində olan ağaclara qulluq edildi və yeni ağaclar əkildi. Şagirdlərimiz işin icrasında böyük həvəslə iştirak etdilər.

    Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi