Son zəng!

   Son zəngin cingiltili sədaları hər birimizin qəlbində məktəb xatirələrini oyadır: Yoldaşlarımızın gülüşləri, heç zaman bitməyəcəyini təsəvvür etdiyimiz dərslər, tez başa çatan tənəffüslər, bəziləri ciddi, bəziləri mehriban müəllimlər. Son zəngdən sonra bunların xatırlanması tam başqa xarakter daşıyır. Son zəng uşaqlığımıza son vidadır. Bu həyatımızın uşaqlıq dövrünə son, gələcəyindumanlı və cazibədar, bir o qədər də məsuliyyətli etapına girişdir. Ona görə də bir az kədərlə, bir az göz yaşı ilə qarışaraq bu günümüzdən sabahımıza doğru səbirsizlikdirson zəng. 14.06.2017 -ci il tarixində "Son zəng" tədbiri keçirilmişdir. Tədbirdə müəllimlər və şagirdlər sevinc içində idilər. Məzun şagirdlər öz gözəl çıxışları ilə təşkil olunmuş tədbirə gələnləri xoş aurayla yaddaşlarda qalmasını təmin etdilər. On birincilər məktəbi birincilərə təhvil verirdilər. Məktəbin direktoru bu ilin məzun-şagirdlərini təbrik edərək onlara müvəffəqiyyət arzuladı. Tədbirdə birincilər on birinciləri təbrik etmək üçün şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi