"31 Mart Soyqırım Günüdür!" mövzusunda inşa müsabiqəsi keçirilib

31 mart soyqırımı qurbanlarının  xatirəsinin yad edilməsi və yeniyetmələrə vətənpərvərlik hislərinin aşılanması məqsədilə bu gün məktəbimizdə şagirdlər arasında "31 Mart Soyqırım Günüdür!" mövzusunda inşa müsabiqəsi keçirilib. Müsabiqədə iştirak edən şagirdlər soyqırımın həqiqətlərini, bu qətliamın səbəblərini və mahiyyətini öz yazılarında əks etdiriblər.

Hər il mart ayının 31-i respublikamızda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir.

100 il əvvəl — 1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi