F. Köçərli adına Uşaq kitabxanasına ekskursiya təşkil olunmuşdur

Fəaliyyət planının 1.5.7 bəndinə əsasən məktəbin kitabxana müdiri Sona Əlizadə və ibtidai sinif müəllimi Saçlı Babayevanın təşkilatçılığı ilə 4a sinif şagirdlərinin F. Köçərli adına Uşaq kitabxanasına ekskursiyası təşkil olunmuşdur. Kitabxana əməkdaşları şagirdləri kitabxana ilə tanış edərək zəngin kitabxana fondu haqqında məlumat verib, mütaliəyə olan maraqlarını formalaşdırılmaq üçün müxtəlif ədəbiyyatlar təqdim ediblər. Uşaqlara yaradıcılıq potensialını stimullaşdırmaq məqsədi ilə kitabxananın nəşr etdiyi "Göy Qurşağı" jurnalı hədiyyə olunub.
Şagirdlər "21fevral - Beynəlxalq Ana Dili Günü" ilə əlaqədar olaraq keçirilən "Azərbaycan dili varlığımızdır" adlı tədbir də məşhur şeirlərdən parçalar söyləyib, aforizmlərlə, mahnı nömrələri ilə çıxış ediblər.