3c sinfində “Mən hüquqlarımı bilirəm” adlı dərs keçirildi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Elm və Təhsil Nazirliyinə daxil olan məktuba əsasən, 2024-cü ildə də ölkəmizin qoşulduğu BMT-in Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri hər il olduğu kimi bu ildə "Uşaq hüquqları aylığı” elan edilib. Bu məqsədlə ibtidai sinif müəllimi Xəyalə Kəlbalıyevanın rəhbərliyi ilə 3c sinfində “Mən hüquqlarımı bilirəm” adlı dərs keçirildi. Psixoloq Nərmin Zeynalzadə uşaq hüquqları haqqında məlumat verdi.