Məktəbimizin 11-ci sinif şagirdi Timur Ramazanov İspaniya futbol akademiyasında karyerasını davam etdirmək üçün dəvət alıb

1-10 sentyabr 2024 cü il tarixində ölkəmizi təmsil edən 10 nəfər gənc futbolçu İspaniyanın Valensiya şəhərində seçim məşqlərində iştirak ediblər. Onlar Levante futbol klubunun akademiyasında xüsusi məşqlər və oyunlar keçərək ispan futbol məktəbinin taktiki və texniki incəliklərini öyrəniblər. Məktəbimizin 11-ci sinif şagirdi Timur Ramazanov da bu seçimlərdə iştirak edib və yüksək nəticə qazanaraq İspaniya futbol akademiyasında karyerasını davam etdirmək üçün dəvət alıb.