Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101- ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir

10.05.2024-ci il tarixində RUGİM-in mütəxəssisi Nəzakət İbrahimovanın təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101- ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.Tədbir məktəbimizin kitabxanasında təşkil edilmişdir. Məktəbin dərnək üzvləri Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib. Tədbirin keçirilməsində məqsəd şagirdlərin Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti,onun Azərbaycan tarixinə, xalqına verdiyi töhfələr, eləcə də necə müdrik bir insan olmağının şagirdlərə aşılanmasıdır.