"Bütöv Azərbaycana Bahar gəlir" adlı tədbir keçirilib

Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. "Dəyərlərimizi qoruyaq! layihəsi çərçivəsində martın 19-da ədəbiyyat müəllimi Şəfəq Bayramovanın təşkil etdiyi "Bütöv Azərbaycana Bahar gəlir" adlı tədbir keçirilib.

Tədbirdə xalqımızın qədim tarixini əks etdirən, adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında geniş məlumat verilib. Bildirilib ki, Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır.

Tədbiri açıq elan edən məktəbin direktoru, Arzu Azadəliyeva hamını xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı münasibəti ilə təbrik edib, Novruzun tarixi və ənənələrindən danışıb.

Bayram şənliyində şagirdlərin nümayiş etdirdikləri müxtəlif səhnəciklər, milli rəqslərimiz, Novruz bayramına aid şən mahnılar, şeirlər, xüsusən də VI sinif şagirdlərinin ifa etdiyi, ”Arşın mal alan” kinokomediyasından səhnə tədbirə daha da rəngarənglik qatıb.

Tədbirin keçirilməsinin əsas məqsədi xalqımızın adət-ənənələrini yaşatmaq, bayram adətlərini yeni nəslə ötürmək, şagirdlərin milli ruhda yetişdirilməsini təmin etməkdir.Sonda bayram tonqalı qalanıb, tədbir bütün iştirakçıların əl-ələ verərək yallı getməsi ilə başa çatıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi