"Yurdumuza bahar gəlir" adlı tədbir keçirilib

"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində martın 19-da Novruz bayramına həsr olunan "Yurdumuza bahar gəlir" adlı tədbir keçirilib. Tədbirdə məktəbin şagirdləri, müəllimləri, valideynləri iştirak ediblər.

Tədbiri açıq elan edən məktəbin direktoru Arzu Azadəliyeva hamını xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı münasibəti ilə təbrik edib, Novruzun tarixi və ənənələrindən danışıb.

Məktəbin ədəbiyyat müəllimi Aynur Məmmədovanın təşkil etdiyi tədbirdə uşaqların ifasında şerlər, mahnılar səslənib, musiqi nömrələri ifa olunub. Keçəl və kosanın gəlişi məclisi daha da şənləndirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi