Novruz bayramına həsr olunmuş tədbir

      15.03.2024-cü il tarixində 5 l sinfində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Milli ruhda bəzədilmiş sinifdə al-əlvan geyinmiş şagirdlərin əllərindəki səməni, nərgiz gülü baharın gəlişindən xəbər verirdi. Onlar növbə ilə bahar bayramı ilə bağlı şeirlər, mahnılar ifa etdilər. Novruz bayramının tarixindən, su, od, yel, torpaq çərşənbələri ilə bağlı adət-ənənələrdən, mərasimlərdən söz açdılar. Sonra Kosa ilə Keçəl səhnəyə gəlib tamaşaçıları təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi