Çərşənbələrin ikincisi sayılan Od çərşənbəsi

04.03.2024-cü il tarixində Azərbaycan dili və ədəbiyyatı müəllimi İlhamə Həsənovanın təşkilatçılığı ilə od çərşənbəsi keçirilib.
Çərşənbələrin ikincisi sayılan Od çərşənbəsi tədbirində adət-ənənələrimizi əks etdirən milli atributlar və əşyalar, həmçinin şirniyyatlar yer alıb. Məktəblilər milli geyimlərdə yallı oynayıblar. Hazırlanan səhnəciklər maraqla qarşılanıb. Şagirdlər yumurta döyüşüb, digər oyunlar oynayıb, şən musiqi sədaları altında rəqslər ediblər.