İdman həftəsi çərçivəsində idman viktorinası keçirilib

Elm və təhsil nazirinin 28.02.2024-cü il tarixli 3-29/3-2-96F/2024 nömrəli əmri ilə 1-7 mart 2024-cü il tarixlərində ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. 04.03.2024-cü il tarixində idman həftəsi çərçivəsində idman viktorinası keçirilib.
Məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin artırılmasıdır.