5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar idman həftəsi keçirilir

Səhər gimnastikası
1–7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar elm və təhsil nazirinin müvafiq əmri ilə idman həftəsi keçirilir.
Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən, məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək.