Sertifikatlaşdırma ilə bağlı görüş keçirilib

   28.02.2024-cü il tarixdə 245 nömrəli məktəbdə sertifikasiya imtahanında iştirak edəcək riyaziyyat və xarici dillər üzrə fənn müəllimləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib. Görüşdə müəllimlərin imtahanqabağı akademik və metodik ehtiyacları müzakirə edilib, imtahana hazırlıq səviyyələri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda BŞTİ rəhbərliyinin Binəqədi rayonu 276 nömrəli məktəbdə riyaziyyat və xarici dillər üzrə fənn birləşmə sədrlərinin iştirakı ilə keçirdiyi sertifikatlaşdırma ilə bağlı iclasda iştirak etmiş müəllimlərimiz iclasda səsləndirilmiş fikir və tövsiyələri öz həmkarları ilə bölüşüblər. Məktəbin direktoru Arzu Azadəliyeva və direktor müavini Raminə Əsgərova müəllimlərə qarşıdakı imtahanda müəllimlərə uğurlar arzu edib və bu məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gələcəklərinə əmin olduqlarını ifadə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi