Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

      26.02.2024 -cü il tarixində Azərbaycan dili müəllimi Könül Əhmədovanın təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

    Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

    Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən məktəbin direktoru Arzu Azadəliyeva xalqımızın 32 il qəlbində daşıdığı bu qanlı cinayətin qurbanlarının ruhlarının bu gün şad olduğu qeyd edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində Xocalı şəhərinin separatçılardan təmizləndiyi, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını qürurla ucaltdığını vurğulanıb. Sonra şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlər, ədəbi-bədii kompozisiyalar və mahnılar vasitəsilə ifadə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi