Şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması məqsədi ilə "Ədalət haqqında hekayələr" kitabının müzakirəsi keçirildi

   Fevralın 8-də 5a sinfində şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması məqsədi ilə "Ədalət haqqında hekayələr"kitabının müzakirəsi keçirildi. Kitabxana müdiri Sona Əlizadə və Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Məmmədovanın təşkilatçıkığı ilə keçirilən müzakirədə şagirdlər oxuduqları ibrətamiz hekayələrə, onların qəhrəmanlarına müxtəlif rakursdan yanaşdıar.

    Bəs ədalət nədir? Bu suala şagirdlərdən Tərlan Kərimzadənin cavabı: "Ədalət insanlar arasında bərabərlikdir. Hamıya fərqli deyil, eyni yanaşma şəklidir. Özünə rəva görmədiyini başqasına da rəva görməməkdir".

  Ədalət olmayan cəmiyyətdə nizam pozular. Ona görə də biz uşaqlarımıza bu anlayışın,əslində, nə demək olduğunu məhz uşaqlıqdan aşılamalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi