“Dünya Azərbaycanlılarının Həmrəylik günü”nə həsr edilmiş Nə? Harada? Nə zaman? intellektual oyunu

    Hər il olduğu kimi bu il də dekabrın 29-da uşaq birliyi rəhbəri Məsmə Nəcəfovanın təşkilatçılığı ilə pedaqoji heyət arasında 31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik günü”nə həsr edilmiş Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.

    Oyuna ümumilikdə 6 komanda (Dahilər, Kəşfiyyatçılar, Alqoritmika, Xankəndi, Əjdahalar, Günəş) qatılıblar. Üç mərhələdən ibarət olan intellektual oyunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü, tarix, coğrafiya, ümumi dünya görüşü ilə bağlı suallar cavablandırılıb.

    Yarışın yekun nəticəsinə əsasən Dahilər komandası I yer, Xankəndi komandası II yer və Əjdahalar komandası III yerin qalibi olublar.

    Xor dərnəyinin şagirdləri qalibləri öz şən ifaları ilə təbrik ediblər.

    Sonda məktəb rəhbərliyi tərəfindən I, II, III yeri tutmuş komandalar diplom və hədiyyələrlə, digər komandalar isə fəal iştiraka görə təşəkkürnamələrlə təltif olunublar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi