“Qala Dövlət Tarix -Etnoqrafiya qoruğu"na ekskursiya

18.11.2023- cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bayramova Şəfəq 6a sinfini Qala kəndində yerləşən “Qala Dövlət Tarix -Etnoqrafiya qoruğu"na ekskursiyaya aparmışdır. Eramızdan əvvəl 3-cu minillikdən bu günə yadigar qalan yaşayı evləri, qədim qəsr qalaları, kurqanlar, sərdabələr, beş məscid və üç hamam muzeydə qorunur, saxlanılır. Tunc dövrünə aid qayaüstü təsvirlər şagirdlərin diqqətini xüsusilə cəlb etmişdir. Şagirdlər üçün unudulmaz bir gün olmuşdur.