“ Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirildi

06.11.2023- cü il tarixində Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən məktəbdə “ Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirildi. Tədbirdə həm birinci Qarabağ müharibəsinin, həm də vətən müharibəsinin iştirakçısı qazi Muxtar Həşimov və valideynlər iştirak edirdi.
Tədbirlərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin direktoru Arzu Azadəliyeva Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verdi. Şagirdlərin bir- birindən maraqlı nömrələri tədbir iştirakçılarının marağına səbəb oldu.